İnsanlara hürriyət, millətlərə istiqlal!

G20 Dünya Bankına kasıb ölkələr üçün pul verəcək

İyirmilər Qrupunun (G20) liderləri Dünya Bankının aşağı və orta gəlirli ölkələrə dəstək imkanlarını artırmaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə Hindistanda baş tutan görüşün yekun bəyannaməsində deyilir.

“Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün təcili ehtiyacı dərk edərək, biz DB-nin qlobal çağırışların öhdəsindən gəlmək üçün köməyə ehtiyacı olan aşağı və orta gəlirli ölkələri dəstəkləmək qabiliyyətini artırmaq üçün kollektiv şəkildə daha çox ehtiyat və güzəştli maliyyə vəsaiti cəlb edəcəyik”, - mətndə deyilir.

Ölkələr Dünya Bankını “ən yoxsul ölkələrə güclü dəstək” üçün alətlərlə təmin etməyin zəruriliyini qeyd ediblər.

“Buna görə də biz Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının ehtiyatlarını əhəmiyyətli dərəcədə artıra, qlobal çağırışların həllinə yönəlmiş investisiyaların dəyərini azalda və Beynəlxalq İnkişaf Assosiasiyasının böhranlara cavab vermək qabiliyyətini artıra biləcək variantları araşdırırıq", - G20 üzvləri bildiriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR