Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Lev Yaşini futbol tarixinin ən yaxşı qapıçısı elan edib.
Musavat.com xəbər verir ki, Yaşin 20 mövsümdən çox davam edən bütün karyerasını Moskva "Dinamo"sunda keçirib.
1954–1967-ci illərdə SSRİ millisinin də qapısını qoruyub. Bu müddət ərzində o, SSRİ-nin beşqat çempionu, 1956-cı ilin Olimpiya çempionu və 1960-cı ildə keçirilmiş ilk Avropa çempionatının qalibi olub.
1963-cü ildə Yaşin Avropanın ən yaxşı futbolçusu kimi “Qızıl top” mükafatına layiq görülüb və bu, tarixdə bu mükafatı qazanan yeganə qapıçı olaraq qalır.
Lev Yaşin qapıçı oyununda fəallığın inkişafında öncül rol oynamış, yalnız qapı xəttində deyil, onun hüdudlarından kənarda da inamla çıxış edərək qapıçı mövqeyi üçün yeni standartlar müəyyən edib.
Musavat.com
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ