İnsanlara hürriyət, millətlərə istiqlal!

Fuat Oktay: "Türkiyənin terrorçulara qarşı mübarizəsi dünyanın təhlükəsizliyi üçündür"

"Türkiyənin regionda terrorçulara qarşı apardığı mübarizə bütün dünyanın təhlükəsizliyi üçündür".

"Report" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

Onun sözlərinə görə, Türkiyə bu mübarizədə tək qalarsa və ya dünya gücləri terrorçuları dəstəkləyərsə, o zaman hər kəs ağır nəticə ilə üzləşəcək.

Vitse-prezident həmçinin Türkiyənin terrorla mübarizə sahəsində təcrübəsini bütün dost ölkələrlə bölüşməyə hazır olduğunu vurğulayıb.

O bildirib ki, hazırda terrorçulara qarşı mübarizə davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR