İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransua Olland: “Fransada ekstremistlər hakimiyyətə gələ bilər”

Fransa prezidenti Emmanuel Makron pensiya islahatının əleyhdarlarına barışıq siqnalı göndərməlidir.

Bu sözləri Fransanın keçmiş keçmiş prezidenti Fransua Olland Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində söyləyib.

F.Olland “Hazırda Fransadakı sosial qarşıdurma kimə sərf edir?” sualına isə belə cavab verib: “Bunu yalnız 2027-ci ildə keçiriləcək prezident seçkilərindən sonra anlamaq mümkün olacaq”.

Fransua Olland fikrinin davamında bildirib ki, hazırda ölkəsindəki siyasi vəziyyət son dərəcə təhlükəlidir.

“Hətta respublikada ekstremistlərin hakimiyyətə gəlmə təhlükəsi var” – deyə siyasətçi vurğulayıb.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR