İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransız tarixçi ermənipərəst ABŞ konqresmeninin CAVABINI VERDİ

Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən fransız tarixçi, politoloq Maksim Qauen ermənipərəstliyi ilə tanınan ABŞ konqresmeni Frenk Pellonenin Ermənistan silahlı qüvvələri bölmələrinin ötən gecə törətdiyi genişmiqyaslı təxribatla bağlı çağırışını əhəmiyyətsiz adlandırıb.

Bu barədə Musavat.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

"Hər zaman olduğu kimi, Ermənistanın hərbi təxribatlarını “Azərbaycanın təcavüzü” kimi qələmə verməyə çalışan Frenk Pellone sosial şəbəkə vasitəsilə ABŞ Dövlət Departamentini və dövlət katibi Entoni Blinkeni bölgədə sülhün təmin edilməsi məqsədilə ATƏT-in Minsk qrupu ilə işləməyə çağırıb" - məlumatda bildirilir.

Maksim Qauen ermənipərəst konqresmenə belə şərhlə cavab verib: “Dedikləriniz tamamilə əhəmiyyətsizdir, ABŞ hökuməti belə bir şey etməyəcək və siz bunu bilirsiniz”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR