İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransız səfir bu səbəblərə görə geri çağırılıb - ekspert şərhi

“Fransa Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır. Ölkəmizin beynəlxalq aləmdə etibarsızlaşdırılması prosesinə start verir. Hətta Azərbaycanla bağlı məsələni BMT-nin Təhlükəsizlik Şurasına çıxarır. Daha sonra Avropa qurumlarının adı ilə Azərbaycana missiyalar göndərib bizi oyundan kənar vəziyyətə salmağa çalışır, Azərbaycanın addımlarını qeyri-qanuni olduğu düşüncəsini yaratmağa çalışır”.

Bu fikirləri Musavat.com-a şərhində Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Fransanın Azərbaycandakı səfirinin geri çağırılması ilə bağlı qərarı şərh edərkən bildirib.

Ekspert hesab edir ki, bütün bu addımlar Fransanın məğlubiyyəti ilə nəticələnir:

1608906936_st (1).jpg (27 KB)

“Fransanın Azərbaycandakı səfirinin geri çağırılması ilə bağlı önəmli məqam bu idi ki, hökumət, Xarici İşlər Nazirliyi, Prezident Administrasiyasına verilən ultimatumların heç biri qəbul olunmadı. Əsas vasitəçi şəxsin səfir olması, onun geri çağırılaraq müxtəlif təlimatlarla yenidən informasiya silahı ilə qurşadılmasının Azərbaycana göndərilməsinin iki əsas məqsədi var. Birincisi, görünür, Ermənistana yeni növ silahların verilməsinin əsaslandırılmasına ehtiyac var. Biz bunun şahidi olacağıq. İkincisi, Paşinyanın son sərhəd hərəkətlənmələri, fəaliyyətinin artması, Azərbaycanın konkret tələbləri, məsələn 4 kəndin qaytarılması məsələsinin gündəmə gəlməsi ilə Ermənistan Fransa ilə birgə reaksiya vermək düşüncəsini reallaşdırmağa çalışacaq”.

Ə.Əlibəyli vurğulayıb ki, Rusiya sülhməramlılarının Qarabağ bölgəsini tərk etməsi ilə bağlı yayılan xəbərlər də fransızların iştahasını artırmış ola bilər. Ekspertin fikrincə, Azərbaycana qarşı təzyiqi artırmaqla geri dönmək, ərazidə yerləşmək kimi düşüncəni daşımış ola bilərlər.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR