İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın neokolonializm siyasəti davam edir

Xəbər verdiyimiz kimi, AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam olunmuş əməkdaşı Aygün Həsənovanın vizası olduğu halda həmin ölkəyə girişinə qadağa qoyulub. Bu azmış kimi, jurnalist bir sutka polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” kimi ölkədən çıxarılıb. Məlumata görə, dekabrın 5-də Yeni Kaledoniyada mitinq keçirilməli idi. Odur ki, mitinq ərəfəsində jurnalistin ölkədən çıxarılması təsadüfi deyil. Bununla Fransa dövləti həqiqətlərin yayılmasının qarşısını almağa çalışır.

Millət vəkili Asim Mollazadə Musavat.com-a açıqlamasında bildirib ki, jurnalistin departasiya edilməsi Fransanın neokolonializm siyasətinin sadəcə kiçik təzahürüdür:

“Fransa Sakit okean-Karib dənizi hövzəsində yerləşən müstəmləkələrinə qarşı törətdiyi cinayətləri ört-basdır etmək üçün beynəlxalq informasiya agentliklərinin nümayəndələrinin fəaliyyətini məhdudlaşdırmağa çalışır. Təəssüf ki, neokolonializm siyasəti davam edir. Afrikada məğlub olan Fransa digər bölgələrdə, hətta Cənubi Qafqazda Ermənistanı müstəmləkəyə çevirmə siyasəti aparır. Əsas səbəb Yeni Kaledoniyadakı cinayətləri gizləmək deyil”.

ASİM.jpg (66 KB)

A.Mollazadənin fikrincə, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi imperiyaların cinayətlərinin ifşası istiqamətində ciddi prosesə başlayıb.

Millət vəkili neokolonialist ölkə olan Fransanın bu istiqamətdə insan hüquqlarını ciddi şəkildə pozduğuna diqqət çəkərək qeyd edib ki, Azərbaycan ilə münasibətlərin yaxşı olmaması məntiqlidir: “Radikal, millətçi, revanşist, müharibə istəyən erməni diasporu ilə çox ciddi, bəzən korrupsiya münasibətlərinə girən siyasətçilər, o cümlədən Fransa mediası Azərbaycana qarşı informasiya müharibəsi aparır. Eyni zamanda Sakit okean bölgəsində öz cinayətlərini gizlədib, ört-basdır edirlər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR