İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Kremli vurmaqla HƏDƏLƏDİ - Medvedevdən cavab GECİKMƏDİ

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə müharibəyə son qoyulmazsa, Kreml rəsmilərinin ən yaxın bomba sığınacağının yerini bilməli olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Ukrayna liderinin bu hədəsinə Rusiyadan cavab gecikməyib.

Belə ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Zelenskinin “Kremli bombalamaq” hədəsinə dərhal cavab verib.

“Başqa bir şeyi də bilməlidirlər: Rusiya bomba sığınacağının qoruya bilməyəcək silahlardan istifadə edə bilər. Amerikalılar bunu yadda saxlamalıdırlar”, – deyə Medvedev bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR