İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Azərbaycandan gedən ermənilərin yaşadığı ərazilər özəlləşdiriləcək

Azərbaycanı tərk edən, yataqxanalarda məskunlaşmış və Ermənistan vətəndaşlığı almış şəxslərin yaşadığı ərazilər özəlləşdiriləcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə qərar 25 sentyabrda Ermənistan hökumətinin iclasında qəbul olunub.

Söhbət Abovyan şəhərindəki Tələbə qəsəbəsinin 4-cü korpusunda, həmçinin İrəvan şəhərinin Moldovakan küçəsi 29/2 və Şirak küçəsi 2/32 ünvanlarında yerləşən binalarda yaşayan sakinlərdən gedir.

Əsaslandırmada bildirilir ki, həmin ünvanlarda yaşayan, Azərbaycandan köçmüş və Ermənistan vətəndaşlığı almış şəxslər ailələrinə yaşadıqları mənzillərin mülkiyyət hüququnun verilməsi üçün müraciət ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR