İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Prezident Administrasiyası 8 milyondan çox rubla 120 qələm alıb

Rusiya Prezidentinin İşlər İdarəsi ümumilikdə 8,16 milyon rubla (97 min dollar) 120 ədəd "Montegrappa FORTUNA" markalı qələm alıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə RTVI-nin “Tenderskop” layihəsi tərəfindən məlumat yayılıb.

Hər bir qələmin qiyməti təxminən 68 min rubl (810 dollar) təşkil edir. Qələmlər İtaliyanın Montegrappa brendinə məxsusdur və Rusiya bayrağının rənglərində hazırlanıb.

“Tenderskop” analitikləri müqavilə qiymətlərini açıq bazar təklifləri ilə müqayisə ediblər. Rusiya internet mağazalarında eyni model qələmlərin qiyməti 45,5–53 min rubl arasında dəyişir. Bu isə dövlət satınalmasında orta hesabla 29%, ən aşağı qiymətlə müqayisədə isə təxminən 49% artıq xərc deməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR