Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi iyunun 18-də Fransadan Ermənistana “CAESAR” markalı özüyeriyən artilleriya qurğuları və onlar üçün mərmilərin satışı barədə müqavilə imzalanıb.
Silah satışı ilə eyni gündə bir qrup fransız siyasətçisi Fransa prezidentinə müraciət edərək Ermənistana qoşun göndərməyə dair çağırış edib.
Bəs Fransa nəyə nail olmağa çalışır? İstisna deyil ki, Fransa Ermənistana silah verəcək və hətta bu ölkədə özünün hərbi bazasını yerləşdirməyi də düşünür.
Politoloq Aqşin Kərimov Musavat.com-a açıqlamasında bildirib ki, Fransa Cənubi Qafqaz siyasətində Azərbaycana qarşı aqressiyasını artırmaqla iki məqsədini ifadə edir:
'Birincisi, Paris ilk mərhələdə Ermənistanı silahlandırmaqla perspektiv şəkilləndirmə üçün şərait yaratmağa çalışır.
İkincisi, Fransanın məqsədi növbəti mərhələdə böyük planda açılır. Parisin niyyəti odur ki, region bu ssenaridə xaos məkanına çevrilsin və Fransa həmin qarışıqlıqları idarə etsin.
Fransanın Ermənistanda hərbi baza yaratmaq istəkləri qeyd etdiyim mərhələli planlardan xəbər verə bilər.
Ancaq potensial və imkanlar baxımından Fransanın Cənubi Qafqazda qol-qanad açaraq şişməsi o qədər də gerçək səslənmir.
Ona görə ki, Fransanın addımları Rusiya və Türkiyə ilə yanaşı, regionda Azərbaycanın maraqlarını nəzərə alaraq strateji tərəfdaşlıq xəttini inkişaf etdirmək istəyən Böyük Britaniyanın da prioritetlərinə ziddir".
Aqşin Kərimov həmçinin qeyd edib ki, başqa yandan, Azərbaycan müdafiə qüdrəti və mümkün hərbi təxribatlara qarşı güclü arsenalı Fransanın maraqlarına sığınan Ermənistana daha sarsıdıcı zərbə vurmaq iqtidarındadır.
"Bu isə birbaşa və ya dolayı yollarla Fransanın regiondakı zərərli maraqlarını zərbə altına qoyur. Məntiqlə, Fransanın regionda Ermənistana gizli gündəliklə sərmayələr qoyması həm İrəvan, həm də Paris üçün xeyir gətirən deyil", -deyə politoloq qeyd edib.
Xalidə Gəray
Musavat.com
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ