İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransadan erməni biznesmen Samvel Karapetyana ŞOK ZƏRBƏ

Fransa məhkəməsi Lazur sahillərində, Rokbrün-Kap-Marten kurortunda yerləşən “İrina Mariya” villasının mülkiyyət hüququnu dondurub.

Musavat.com xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti məlumat yayıb.

Qəzetin informasiyasına əsasən, həmin mülk rəsmi olaraq rus-erməni biznesmen Samvel Karapetyana məxsusdur. Lakin Paris prokurorları hesab edirlər ki, onun əsl benefisiarı Rusiyanın neft-qaz nəhəngi “Qazprom”un törəmə şirkətidir.

Qəzetin yazdığına görə, yerli əhali arasında “Villa del Mare” kimi tanınan villa 3 hektarlıq ərazidə yerləşir. Obyektə çoxmərtəbəli əsas binadan əlavə, üç hovuz, tennis kortu və helikopter meydançası da daxildir. Bu əmlakın ümumi dəyəri 120 milyon avro olaraq qiymətləndirilir.

Samvel Karapetyan daşınmaz əmlak, tikinti, enerji və maliyyə sahələrində fəaliyyət göstərən “Taşir” şirkətlər qrupunun prezidentidir. “Forbes” jurnalı sahibkarın sərvətini 2,7 milyard dollar qiymətləndirir. “Le Monde”nin yazdığına görə, Karapetyan biznesdəki uğurlarının böyük hissəsini “Qazprom”dan aldığı çoxsaylı müqavilələrə borcludur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR