İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransadan Cənubi Qafqazla bağlı HİYLƏGƏR PLAN: sülhməramlılar tezliklə...

"Fransa-Azərbaycan münasibətləri birmənalı şəkildə qopdu. Məncə, Prezident İlham Əliyevlə Emmanuel Makron arasında 2 gün əvvəlki danışıqlarda elə bu nüanslar müzakirə olunub. Güman ki, Fransa Azərbaycana belə bir niyyətinin olması ilə bağlı ilkin mövqeyini bildirib və Azərbaycan tərəfinin bu siyasi təzyiq alətlərini yumşaltmağa çalışdığı qənaətindəyəm".

Bu fikirləri Musavat.com-a açıqlamasında politoloq Əziz Əlibəyli deyib.

2019-09-26-17-15-08eizi.jpg (78 KB)

Politoloqun sözlərinə görə, hələ ki, bu sanksiyalar nəzərdə tutulan qətnamədir:

"Bu niyyəti güdürlər ki, belə bir qətnamə qəbul edə bilərik. Qətnamədə elə şərtlər qoyulub ki, Azərbaycanın onu qəbul etməsi mümkün deyil. Belə ki, Azərbaycan Laçın ərazisindən və Laçın dəhlizindən çəkinməlidir. Bunu hansı niyyətlə Azərbaycan qəbul etdirmək olar? Bu, bilavasitə Qarabağla bağlı gələcək planlarda Azərbaycanın bütövlükdə  bölgədən çəkilməsi anlamına gəlir. Burada ikinci bir məsələ var. Azərbaycan öz ərazisindən niyə çəkilməlidir? Qarabağ Azərbaycanın ərazisidir. Ermənistanın ərazisi məsələsinə gəldikdə, Azərbaycan Ermənistanın ərazisində nə vaxt olub ki? 12-14 sentyabrda "Qaragöl" əməliyyatlarını nəzərdə tuturlarsa, dəqiqləşdirilməmiş sərhədlər var və Prezident İlham Əliyev ona həm Moskvada, həm də Səmərqənddə nöqtə qoydu ki, Azərbaycan öz torpağındadır və bu da keçərli bir səbəb deyil. Bütün erməni hərbi əsirlərinin qaytarılması məsələsinə gəldikdə, onların içərisində müharibə cinayətləri törətmiş şəxslər var və həmin şəxslər Azərbaycan Cinayət Məcəlləsinə görə Azərbaycan xalqı qarşısında mühakimə olunublar. Cəzalarını çəkməlidirlər. Necə olur ki, sayı minimal həddə olan erməni əsirləri ilə bağlı belə mövqe ortaya qoyan Fransa 5000 azərbaycanlı itkinlə bağlı mövqe sərgiləmir.

Erməni əhalisinin dini və mədəni mirasının mühafizəsi məsələsinə gəkdikdə, orada hansı erməni dini mirası var ki. Qarabağda Azərbaycanın məscidləri dağıdılır, yandırılrır, içərisinə donuz bağlanır, bununla bağlı Fransa mövqe ortaya qoymur. Amma dərhal Azərbaycanı bu dini dəyərlərin tapdanmasında ittiham edirlər. Biz başa düşürük Ermənistanın bu arqumentinin arxasında nə durur – Azərbaycanı BMT qurumu UNESCO-nun xətti ilə vandal göstərmək. Birinci vitse-prezident Mehriban Əliyeva dərhal demarş edərək sülhməramlı səfir missiyasından istefa verdi. Fransa hökuməti Qarabağda humanitar büro açmalıdır. Əslində bunun özü də göstərir ki, bölgə Azərbaycanındır və bu qətnamə layihəsində humanitar büro kimi Azərbaycandan icazə istəyir. Biz bu humanitar büronun Azərbaycandan çox Rusiyanın sülhməramlılarına yönəlik bir addım olduğu qənaətindəyik. Necə ki, Avropa İttifaqının xətti ilə missiya tərkibini 40 nəfərdən 400 nəfərə qədər qaldırdı, Aİ müşahidəçiləri adı altında. Qarabağın müstəqilliyi tanınmalıdır fikri absurd bir yanaşmadır. Fransa o məntiqlə Korsikaya, Cənubi Fransaya müstəqillik versin, orada da separatizm meylləri var. Nə üçün separatçı nidalar Fransanın özündə eşidiləndə Yelisey sarayı dərhal radikal qərarlar qəbul edə bilir. İnsan haqlarından danışırlar, "sarı jiletlilər" hərəkatında polis zorakılıqlarının dəhşətli səviyyəyə çatdığını hər kəs gördü. Qəbul olunması mümkün olmayan digər şərt – Dağlıq Qarabağ nə deməkdir? Azərbaycanda elə bir ərazi vahidi yoxdur. Bu 30 illik savaşlar həmin ekspansiyaya, Dağlıq Qarabağ anlayışına görə olub. Bu, artıq bitmək üzrədir və Fransa kimi bölgə reallıqlarına dəxli olmayan ölkənin dilindən  səsləndirilməsi bu absurdun axırıncı elementidir. Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlılar yerləşməlidir, bu da Rusiyaya vurulmuş zərbədir. Güman edirəm ki, Rusiyanın bölgədən sıxışdırılması məsələsinin əsası qoyulub, bu, birinci mərhələdir. Onların nə qədər uğur qazana biləcəklərini zaman göstərəcək".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR