İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada yüksək inflyasiya tempi yaxın aylarda da davam edəcək

Hazırda Fransa həftələr və ya aylarla davam edə biləcək inflyasiya pikini yaşayır.

AZƏRTAC xəbər verir ki Fransanın Maliyyə Naziri Brüno Le Mer bu barədə BFM telekanalının efirində deyib. Onun sözlərinə görə, 2023-cü ilin əvvəlindən başlayaraq inflyasiya templəri zəifləməyə başlayacaq.

Nazir, həmçinin hakimiyyətin yerli kənd təsərrüfatı məhsullarının alınması üçün çek tətbiq etmək niyyətində olduğunu, avtomobil yanacağına endirimlərin isə avqustun ayının sonuna qədər davam edəcəyini bildirib.

Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, Fransada istehlak qiymətləri indeksi may ayında illik ifadədə 5,8 faiz artıb. Bu, enerji tariflərində, xidmət sektorunda, o cümlədən ərzaq və sənaye mallarında qiymət artımının sürətlənməsi ilə bağlı olub.

Ötən həftə Qərbin Rusiya neftinə tətbiq etdiyi yeni sanksiyalar fonunda dünya bazarlarında yanacağın qiymətinin artması Fransadan da yan keçməyib. Hökumətin avtomobil yanacağına tətbiq etdiyi endirimə baxmayaraq, yanacaqdoldurma məntəqələrində qiymətlər yenidən psixoloji həddi – bir litr üçün iki avro səviyyəsini keçib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR