İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada ötən gün 471 etirazçı saxlanılıb

Fransada hazırda davam edən iğtişaşlar fonunda iyunun 30-dan iyulun 1-nə qədər 471 nəfər saxlanılıb.

“Qafqazinfo” “BFMTV” telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin daxili işlər naziri Jerald Darmanen açıqlayıb.

Nazir hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşmək üçün səhər saatlarında Mant-la-Joli şəhərinə səfər edib.

Xatırladaq ki, iyunun 27-si Fransada 17 yaşlı əlcəzairəsilli oğlanın Paris ətrafındakı Nanter ərazisində polisin açdığı atəş nəticəsində ölməsindən sonra ölkəni etiraz dalğası bürüyüb. Daha əvvəl yayılan məlumatda, 600-dən çox etirazçının saxlanıldığı bildirilirdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR