İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada molla rejiminə qarşı aksiya keçirilib  

İranda molla rejiminin insan haqlarını pozmasına qarşı Fransada aksiya keçirilib.

Musavat.com “AP News”a istinadən xəbər verir ki, İranda məhbusların sayı artmaqda olan avropalıların ailələri və dostları Parisdə toplaşaraq onları azad etməyə çağırıblar. Avropalı məhbusların çoxu gənc qadın Məhsa Əmininin polis nəzarətində öldürülməsi ilə bağlı sentyabr ayından İranı silkələyən etirazlardan əvvəl saxlanılıb. İran hakimiyyətinin etirazçılara qarşı sərt tədbirləri nəticəsində həbslərlə bağlı narahatlıqlar artıb

“France İnfo”-dan verilən məqalədə Fransa prezidenti Emmanuel Makron Məhsə Əminənin mübarizəsini alqışlayıb və onun necə mübarizə rəmzinə çevrildiyi haqqında fikir bildirib. “Dünyanın dörd bir tərəfində repressiyalar artır. Çox vaxt bu zülmün ilk qurbanları qadınlar və gənc qızlar olur”, - deyə dövlət başçısı “Twitter” səhifəsində vurğulayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR