Onlayn ictimai-siyasi qəzet
Fransa Prezidenti Emmanuel Makronun istefası ilə bağlı solçu “İtaətsiz Fransa” partiyasının başlatdığı petisiya 300 mindən çox imza toplayıb.
"Report" xəbər verir ki, bunu petisiya saytındakı məlumatlar sübut edir.
Qeyd olunur ki, petisiya avqustun 31-də solçular tərəfindən irəli sürülüb və sentyabrın 17-nə kimi 311 min imza toplanıb.
“Milli Assambleyanın buraxılmasından sonra Fransa xalqı parlament seçkilərində kütləvi şəkildə səfərbər oldu, lakin Emmanuel Makron bu seçkilərin nəticələrini tanımaqdan imtina edir, əvvəlki hökuməti hakimiyyətdə saxlayır və öz proqramından başqa hər hansı bir proqramın həyata keçirilməsini əngəlləyir. Bu avtoritar meylin parlament idarəçiliyi və demokratiya sistemində misli görünməyib. Məhz buna görə də biz Konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq prezidentinin istefaya göndərilməsi çağırışını dəstəkləyirik", - məlumatda deyilir.
Qeyd edək ki, Fransa Konstitusiyasının 68-ci maddəsi Fransa prezidentinin səlahiyyətlərini yerinə yetirmədiyi təqdirdə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini nəzərdə tutur. Bu, parlamentin qəbul etdiyi qanunların təsdiqindən imtinaya da aiddir.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ