İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada Makronu “çirkab parçası” adlandıran qadın mühakimə olunacaq

Fransada prezident Emmanuel Makronu Facebook-dakı paylaşımında “çirkab parçası” adlandıran qadın buna görə mühakimə olunacaq.

Musavat.com xəbər verir ki, bu barədə Fransanın şimalındakı Sen-Omer şəhərinin prokuroru Mehdi Benbuzid AFP agentliyinə məlumat verib.

İyun ayına təyin edilmiş məhkəmədə təqsiri sübuta yetirilərsə, qadını 12 min avro cərimə gözləyir.

50 yaşlı Valeri cümə günü tutulub. Bölgənin yerli administrasiyası onun Facebook-dakı paylaşımından şikayət etdikdən sonra qadın sorğu-sual olunmaq üçün nəzarətə götürülüb.

Şikayət Makronun mübahisəli pensiya islahatını müdafiə etmək üçün TF1-ə müsahibə verməsindən bir gün əvvəl, martın 21-də Facebook səhifəsində dərc olunan yazı ilə bağlı olub.

"Bu çirkab parçası sizin üçün saat 13:00-da çıxış edəcək... Biz bu çirkabı həmişə televizorda görürük", -deyə hiddətlənmiş qadın yazıb.

Həmin şəxs 2018-2019-cu illərdə Makronun ilk prezidentlik dövründə hakimiyyətini sarsıdan “sarı jiletlilər” etirazlarının tərəfdarı olub. İndi o, “respublika prezidentini təhqir etməkdə” ittiham olunur.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR