İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Yeni Kaledoniyaya ordu yeridir

Fransa hakimiyyəti davam edən etirazları yatırmaq üçün Yeni Kaledoniyaya ordu yeridir.

Musavat.com xəbər verir ki, bu barədə Fransanın naş naziri Qabriel Attal ölkənin Daxili İşlər Nazirliyində böhranla bağlı qərargahın iclasının açılışında məlumat açıqlayıb.

Rəsmi Paris bunu dəniz limanlarını və hava limanlarını qorumaq məqsədilə əsaslandırmağa çalışır:

"Silahlı qüvvələrin üzvləri Yeni Kaledoniyanın liman və hava limanlarının təhlükəsizliyini təmin etmək üçün yerləşdiriləcək".

Baş nazirin sözlərinə görə, hakimiyyət Yeni Kaledoniyada TikTok sosial şəbəkəsinin fəaliyyətinin dayandırılması barədə göstəriş verib.

Mayın 15-də Yelisey sarayı Yeni Kaledoniyada 12 gün müddətinə fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edib. Bundan əlavə, hakimiyyət 1,8 min sahədə fəaliyyət göstərən 500 polis zabiti və jandarmın əlavə qüvvələrini Kaledoniyaya göndərmək niyyətindədir. Bununla Paris yerli kanak əhalisinin azadlıq mübarizəsini yatırmaq niyyətindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR