İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə nazirliyinin rəsmisidən AÇIQLAMA: Cənazələr ekspertizadan keçiriləcək

Bakıya gətirilmiş 24 cənazə xüsusi ayrılmış avtomobillərlə Səhiyyə nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bakı şəhərindəki 3 şöbəsinə aparılacaq.

Musavat.com xəbər verir ki, bu barədə birliyin sədri Ədalət Həsənov açıqlamasında deyib. O bildirib ki, cənazələr prokurorluğun müvafiq qərarı ilə ekspertizadan keçiriləcək və daha sonra aidiyyəti üzrə təhvil veriləcək.

"Cənazələr müəyyən edilmiş xüsusi avtomobillərlə bu gün dəfn ediləcəkləri yerlərə aparılacaqlar" , - deyə o bildirib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR