Onlayn ictimai-siyasi qəzet
İsrail-HƏMAS qarşıdurması yaranandan sonra ən önəmli məsələlərdən biri İranın HƏMAS-ı dəstəkləməsidir.
Müxtəlif dövlətlərdə, istər husilərlə bağlı, istərsə də Rusiya və başqa dövlətlərdə tam şəkildə özlərinə məxsus bazalardan istifadə edərək İran HƏMAS-a dəstək oldu. Burada söhbət həm maliyyədən, həm də silah-sursatdan gedir.
Bu fikirləri Musavat.com-a millət vəkili Arzu Nağıyev bildirib. A.Nağıyev hesab edir ki, bu məsələlər konsulluq, səfirlik kimi orqanlardan idarə olunur: "Bununla əlaqədar olaraq İsrail dəfələrlə xəbərdarlıq etmişdi. İsrail konsulluğa hücum etdi. İran da cavab hücumu ilə bağlı bəyanatlar verib. Nəticə etibarilə qarşılıqlı gərginlik artıb. Son vaxtlar İranın xəbərdarlıqlarının sayı çoxalıb. İsrail də öz növbəsində bomba və raketlərdən istifadə edərək hücum xəbərdarlığı edib. Məhz buna görə Fransa və Böyük Britaniya diplomatlarını İrandan çıxarmaq, o cümlədən vətəndaşlarını bu ölkələrə səyahət etməməyə çağırmaq kimi addımlar atıb. Gərginlik yarananda bu halların yaşanması normaldır. Hesab edirəm ki, böyük müharibə ehtimalı yoxdur. Çünki ABŞ və bir sıra dövlətlər bunda maraqlı deyillər".
Arzu Nağıyev
A.Nağıyevin fikrincə, İrandan ərəb dövlətlərinə qarşı istifadə olunur: "O cümlədən İrandan İsrailə qarşı da istifadə olunur. Bu məsələdə ABŞ, Fransa, Böyük Britaniyanın öz maraqları var. Bu səbəbdən də böyük müharibənin olacağı inandırıcı görünmür. Xaricdəki diplomatik korpuslara qarşı addımlar atılır. Hətta İranlı deputat Azərbaycana hücum etməyi təklif etmişdi. Vətəndaşların təhlükəsizliyi üçün onların çıxarılması tövsiyə olunur. İranla bizim sərhədimiz var. Orada gərginlik yaransa, çox saylı İran vətəndaşının Azərbaycana keçmə ehtimalı yaranır. Hesab edirəm ki,sülhün əldə olunması ən vacib amildir".
Nigar HƏSƏNLİ,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ