İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa siyasətçilərindən sarsaq iddialar: Bakının xofu canlarını elə alıb ki...

Yeni Kaledoniya Fransanın müstəmləkə siyasətinə qarşı başlanan etiraz hərəkatı Parisdə böyük narahatlığa səbəb olub.

Nə qədər qəribə də olsa, Fransalı siyasətçilər ada xalqının azadlıq mübarizəsinin arxasında Azərbaycanın dayandığını iddia edirlər.

Fransa parlamentinin bəzi üzvləri isə hətta Azərbaycanı Fransada etnik təmizləmə aparmağa çalışmaqda ittiham edirlər. Məsələn, Fransa Milli Assambleyasının Fransa-Ermənistan parlament dostluq qrupunun rəhbəri Ann-Lorens Petel sosial şəbəkədə yazıb ki, Yeni Kaledoniyada sabitliyin pozulmasının arxasında Azərbaycanın yaratdığı Bakı Təşəbbüs Qrupunun dayandığı göz qabağındadır. Onun fikrincə, Bakı erməniləri müdafiə etdiyinə görə Fransadan qisas alır.

Avropa Parlamentinin üzvü Fransua-Ksavye Bellami isə yazır ki, Azərbaycan Qarabağdan sonra Fransada da etnik təmizləmə aparmaq istəyir(?!)
Qeyd edək ki, bundan əvvəl “Europe 1” radio saytı Yeni Kaledoniyadakı etirazlarda Bakı və ya Ankaranın dayandığını iddia edib.

Göründüyü kimi, Fransa siyasətçiləri, elə nazirləri də Yeni Kaledoniya xalqının öz azadlığı uğrunda mübarizəsində təməl hüquqlarını tanımaqdansa, Azərbaycan və Türkiyəni cuçlamaqla diqqəti öz müstəmləkəçi siyasətlərindən yayındırmağa çalışırlar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Noyabr 2024

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR