İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa səfiri Ermənistanı vaxtından əvvəl tərk edir

Fransanın Ərbildəki keçmiş baş konsulu, xarici işlər üzrə müşaviri Olivye Dekotini Fransanın Ermənistandakı səfiri təyin edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, müvafiq fərman Fransa prezidenti Emmanuel Makron tərəfindən iyulun 6-da imzalanıb.

Yeni təyin olunmuş səfir iyulun 21-də vəzifəsinin icrasına başlayacaq. O, 2021-ci ilin avqustundan Fransanın Ermənistandakı diplomatik missiyasına rəhbərlik edən Ann Luyonu əvəz edəcək.

Fransa səfirləri adətən diplomatik missiyalara 3 il rəhbərlik edirlər. Ann Luyonun Fransanın Ermənistandakı səfiri kimi fəaliyyətinin üçüncü ili 2024-cü ilin avqustunda başa çatırdı. Bununla belə, Luyonun səlahiyyət müddətinin bitməsinə bir il qalmış yeni səfir təyin olunur.

"Ann Luyo geri çağırıldı?" – deyə yerli media mənsubları Fransanın Ermənistandakı səfirliyinin mətbuat attaşesi Taisiya Ovannisyana belə bir sual ünvanlayıb. Verilən cavabda "Səfirin şəxsi səbəblərə görə tez ayrıldığı" qeyd olunub.

Olivye Dokotini peşəkar diplomatdır və Sorbon Universitetinin məzunudur. O, 2012-2015-ci illərdə Fransanın İrandakı səfirliyinin ikinci müşaviri olub, İranın nüvə proqramı və regional siyasəti ilə bağlı analitik məqalə yazıb, həmin məqalə Vaşinqton İnstitutunda dərc olunub. Bundan əvvəl Olivye Dekotini Fransa Xarici İşlər Nazirliyinin mərkəzi ofisində çalışıb, NATO və Aİ-nin Liviya, Balkanlar və Qafqazdakı siyasəti ilə bağlı məsələlərin kurasiyasını həyata keçirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR