İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa öz gözündə tiri goyub başqalarının gözündə tük axtarır

Ermənistan-Azərbaycan, keçmiş Dağlıq Qarabağ münaqişəsini n nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun ( hazırda tarixin arxivinə atılıb) 30 ilə yaxın müddətdə fəaliyyətsizliyi artıq beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olunur. Bu müddət ərzində keçmiş Minsk qrupu əsas missiyasını  sanki unudaraq, Ermənistanın işğalçılıq siyasətini legitimləşdirməklə məşğul idi və bütün fəaliyyəti boyu təzavüzkar ölkənin qətliamlarını, vandalizmini, terror aklarını açıq şəkildə  ört- basdır edirdi.

Təbii ki, bu qurumun beynəlxalq hüququn norma və prinsiplərinə zidd mövqeyi əbədi ola bilməzdi. Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi siyasi kurs nəticəsində yenilməz ordumuz Ermənistanın işğalçılıq siyasətinə cəmi 44 gün ərzində son qoydu. Bəli, 30 il dünyanın ən qüdrətli dövlətlərinin və nüfuzlu beynəlxalq təşkiatlarının nizamlaya bilmədikləri  münaqişəni Azərbaycan Prezidenti 44 gün ərzində həll etdi. Bu Qələbədən sonra ATƏT-in Minsk qrupu kimi saxtakar, qərəzli təşkilatların vasitəçilik missiyasına ehtiyac qalmadı.  

ATƏT-in keçmiş Minsk qrupunun üzvlərindən biri də BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan, bu gün özünü haqq-ədalətin, insan hüquq və azadlıqlarınn müdafiəçisi kimi təqdim edən Fransadır. Bu ölkənin rəhbərliyi, necə deyərlər, öz gözündə tiri qoyub, başqasının gözündə tük axtarmaqla məşğuldur. Fransanın keçmişinə bir anlıq nəzər yetirdikdə , bu ölkənin müxtəlif  dövrlərdə törətdiyi vəhşiliklər, amansız qətliamlar bəşəri cinayətlərdir.  İnsanlara əzab-əziyyət vermək, demokratik normaları kobud şəkildə pozmaq  sanki Fransanın əsas vəzifələrindən birinə çevrilib. Bu ölkənin Korsika bölgədsində baş verən haqsızlıqlar da bunu təsdiqləyir. Korsikada demokratik normaların pozulduğu artıq dünya ictimaiyyətinə də bəllidir.

BMT Təhlükəsizlik Şurası kimi ali dəyərlərlərə malik  bir qurumun daimi üzvü olan Fransa öz daxilindəki haqsızlıqları  pərdələyərək, digər ölkələrə “demokratiya dərsi” keçmək  iştahasına düşüb.  Necə deyərlər, özünə əriştə kəsməyi bacarmayan Fransa rəhbərliyi başqalarına umac ovmağı öyrətmək istəyir. Korsikada insan haqlarını tanımaq istəməyən, hər addımbaşı qanunun aliliyi ilə bağlı dəyərləri pozan hüquq – mühafizə  orqanları vasitəsilə vətəndaşlara qarşı zorakılıq hallarından istifadə edən, onlara sərbəstlik verməyən Fransa dövlətinin Azərbaycanın daxili işlərinə qarışması, Ermənistanla ölkəmiz arasında münasibətlərin yaradlmasında özünü ortaya atması bu ölkəni gülünc vəziyyətinə salıb. Demokratiyadan, haqq - ədalətdən dəm vuran Fransa rəhbərliyi bu ölkənin Senatının və Milli Assambleyasının bir-birinin ardınca Azərbaycan əleyhnə qəbul etdiyi  qərəzli, beynəlxalq hüquq normalarına zidd qətnamələri nə tez unutdu? Bu qətnamələr Fransanın syasi riyakarlığını bir daha ortaya qoydu.

Fransa prezidenti Emmanuel Makronun Korsikada baş verənləri görməzliyə vuraraq  Qarabağda  “zavallı erməni” separatçılarının qayğısına qalması Makronun ermənipərəstliyinin  bariz nümunəsidir. Öz ölkəsində yaşayan insanlara  qarşı törədilən cinayət əməllərini  “görməyib”,  başqa ölkələrin vətəndaşlarının “qayğısına qalan” Makron Korsikadakı repressiyalara son qoysa ,bir qədər demokrat görünə bilər. Ancaq siyasi riyakarklıq, ermənipərəs mövqe və beynəlxalq hüquq normalarına qarşı hörmətsizlik  demokratiyaya doğru yola sədd çəkib.

Bu gün bütün vasiətələrlə ATƏT-in keçmiş Minsk qrupunu diriltməyə çalışan Fransa və Ermənistan rəhbətrliyi sanki unudurlar ki, tarixin arxivinə atılmış  Minsk qrupunun keçmiş üzvləri ABŞ və Rusiya  Fedarasiyası da  artıq bu qurumun üzvlüyündən üzaqlaşıblar.  Deməli, Fransanın bu istiqamətdəki bütün cəhdləri iflasa uğrayacaq. Bu gün Qarabağdakı “zavallı ermənilərin” qayğısına qalan Fransa  işğal altında saxladığı Korsika vətəndaşlarını da düşünsün. Korsikalılara siyasi fəaliyyət və ölkə parlamentində təmsil olunmaq  hüququ verəcəyini vəd edən rəsmi Paris 22 ildir ki, bu vədi yerinə yetirməyib. Əksinə, korsikalıların vətəndaşlığını təsdiq edən sənədərində  milliyyətlərini məcburi şəkildə “fransız” yazdırırlar.  Qanuni haqlarını tələb edən korsikalılar  isə dərhal həbs olunur və ya təqiblərlə üzləşirlər.

Fransa prezidenti azərbaycanın daxili işlərinə qarışmaqdansa və Qarabağda yaşayan ermənilərə “atalıq qayğısı” göstərməkdənsə, beynəlxalq aləmin də diqqət mərkəzinə olan  Korsikadakı repressiya siyasətinə son qoysa, daha yaxşı olar. Eləcə də ölkəmizə qarşı qərəzli mövqedə olan beynəlxalq təşkilatlar üzlərini Korsika adasına çevirib Fransanın buradakı bəşəri cinayətlərini görsünlər.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR