İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa liderləri olimpiadanın açılışında təxribat olacağında qorxurlar

Fransa prezidenti Emmanuel Makron 2024-cü ildə Sena çayı sahilində keçiriləcək Olimpiya Oyunlarının açılış mərasimində təhlükəsizliyə təhdidlə bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, prezidenti sözlərini RMC Sport sitat gətirib.

"Təhlükəsizliyə təhdid yaranarsa, açılış mərasimi ehtiyat tədbiri olaraq Trokadéro və ya hətta Stade de France ilə məhdudlaşdırıla bilər", - Makron deyib və əlavə edib ki, tədbirdən bir neçə gün əvvəl bütün təhlükəsizlik xidmətlərini səfərbər ediləcək və təhlükəsizlik perimetri qurulacaq.

Bundan əvvəl Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi ölkənin Daxili İşlər Nazirliyinə mümkün terror aktları səbəbindən olimpiadanın açılış mərasimini keçirməkdən imtina etməyi tövsiyə edib. Baş nazir Qabriel Attal bildirib ki, Fransa Moskva yaxınlığındakı “Crocus City Hall”da baş verən hadisələrdən sonra olimpiada ərəfəsində terror təhlükəsinin ən yüksək səviyyəsini tətbiq edib.

Parisdə Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR