İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa lideri Makron hərbi paradda fitə basılıb

Fransa prezidenti Emmanuel Makronu ölkənin əsas milli bayramı olan Bastiliyanın alınması günü şərəfinə keçirilən ənənəvi hərbi parad zamanı fitə basılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

“Prezident səfəri zamanı (Yelisey çölləri ilə) və qoşunlara baxış keçirərkən narazı uğultuları və fit səsləri eşidilib”, - deyə telekanalın xəbərində bildirilir.

BFMTV-nin məlumatına görə, küçə boyu toplaşan izdihamda “Makronun istefası” qışqırıqları da eşidilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR