İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa hökumətindən riyakar bəyanat- Senatın məqsədi nədir?  

 


“Fransa hökuməti hesab edir ki, Ermənistana yardım haqqında qətnamə rəsmi mövqeyi əks etdirmir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər Fransa Xarici işlər nazirliyinin rəsmi bəyanatında yer alıb.

Xatırladaq ki, qətnaməni bir müddət əvvəl Senat, bir gün əvvəl isə Fransa Milli Assambleyası qəbul edib.

“Bu mətn parlament təşəbbüsüdür və Fransa hökumətinin rəsmi mövqeyini əks etdirmir. Bu, müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib. Hökumətin mövqeyi məlumdur, bu, xarici işlər nazirinin, noyabrın 29-da verdiyi bəyanatlarında öz əksini tapıb. “Fransa sülhə nail olmaq üçün tərəfləri danışıqlarda irəliləyiş əldə olunması üçün təşviq etməkdə maraqlıdır. Bu kontekstdə Respublika Prezidenti (Makron-red.) Ermənistan və Azərbaycan prezidentlərinin Praqada görüşünə şərait yaradıb və bu görüş Aİ-nin monitorinq missiyasının Ermənistan ərazisində yerləşdirilməsinə gətirib çıxarıb”,-deyə bəyanatda bildirilir.

Qeyd edək ki, qətnamə Fransa Milli Assambelyasında az qala yekdilliklə qəbul olunub. Parlamentdə isə prezident Emmanuel Makronun partiyası daha üstün mövqelərə malikdir. Buna görə də bəyanatda yer alan “qətnamə parlament tərəfindən müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib” kimi sözlər açıq aşkar riyakarlıqdan başqa bir şey deyil.

Bu arada erməni mediası Fransa Xarici İşlər Nazirliyinin rəsmi mesajının mətnində uğursuz bir səhvin buraxıldığına diqqət çəkib. Məlum olub ki, Fransa Xarici işlər nazirliyi Praqada keçirilən görüşdə iştirak edən Nikol Paşinyanın Ermənistanın baş naziri olduğunu, ümumiyyətlə, prezident olmadığını (les Présidents arménien et azerbaïdjanais) unudub. Ermənilərə görə, bu cür “təfərrüatlara” diqqətsizlik çox geniş nəticələrə səbəb olur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR