İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa hərbi müşavir göndərəcək və ermənilər üçün xüsusi təyinatlılar hazırlayacaq

 

 

“Fransanın müdafiə naziri Ermənistanla hərbi əməkdaşlıqla bağlı yeni detalları açıqlayıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Fransa yüksək rütbəli bir ordu zabitini Ermənistan Müdafiə Nazirliyinin hərbi müşaviri kimi göndərəcək. Bundan başqa  Fransa Ermənistan ordusu üçün xüsusi təyinatlılar hazırlayacaq.

Bu barədə ölkənin müdafiə naziri Sebastyan Lekornu X sosial şəbəkəsindəki hesabında erməni həmkarı Suren Papikyanla Parisdə apardığı danışıqların nəticələri barədə danışarkən bildirib.

Lekornu tərəflərin əməkdaşlığa başladığı proqramları və sahələri sadalayıb. O, 2023-cü ilin yanvarında Fransanın səfirliyə hərbi attaşe təyin edildiyini xatırladıb.

Gələcək əməkdaşlığa fransalı zabitin Ermənistan Müdafiə Nazirliyinə hərbi məsləhətçi kimi göndərilməsi, hərbçilərin çoxsaylı işgüzar görüşləri və səfərləri, çavuş və zabitlər hazırlayan hərbi təhsil müəssisələri ilə qarşılıqlı əlaqələr daxildir.

Nazir ayrıca Ermənistan Silahlı Qüvvələri üçün xüsusən də dağlıq ərazilərdə fəaliyyət göstərəcək xüsusi təyinatlıların hazırlanacağını qeyd edib.

Lekornu artıq üç “GM200” radarının Ermənistana tədarük edildiyini və “Mistral” hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumunun imzalandığını da açıqlayıb. Fransa tərəfi həmçinin Ermənistanın yerüstü hava hücumundan müdafiə sisteminin auditini aparmaq niyyətindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR