İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Ermənistana hərbi texnika verəcək

Ermənistanda səfərdə olan Fransa xarici işlər naziri Katrin Kolonna Roma Statutunun ratifikasiyasını alqışladığını bildirib. 

Musavat.com bildirir ki, XİN başçısı Parislə İrəvan arasında yeni müqavilə imzalanacağını da deyib. Fransa xarici işlər naziri qeyd edib ki, Parislə İrəvan arasında imzalanacaq yeni müqavilə Ermənistana hərbi texnika verməyə imkan verəcək. 

Qeyd edək ki, Ermənistan parlamentinin oktyabrın 3-də keçirilən iclasında Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutu müzakirəyə çıxarılıb. Ermənistan parlamenti Roma statutunu qeyd-şərtsiz ratifikasiya edib.

Beləliklə, Roma statutu təsdiqləndiyinə görə Rusiya Prezidenti Vladimir Putin Ermənistana gedərsə həbs olunmalıdır. 

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR