İnsanlara hürriyət, millətlərə istiqlal!

Fox News: "Tapılan sənədlər Baydenin karyerasının sonunu yaxınlaşdırır"

ABŞ prezidenti Co Baydenin məxfi sənədləri saxlaması presedenti onun karyerasının sonunu yaxınlaşdırır. 

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu fikri "Fox News" telekanalının aparıcısı Taker Karlson bildirib. Onun sözlərinə görə, Amerika liderinin köməkçiləri sənədləri tapmaqda davam edir, lakin  onları məhv etmək əvəzinə bu məlumatları ABŞ Ədliyyə Nazirliyinə verirlər.

Bundan əvvəl ABŞ Nümayəndələr Palatasının nəzarət və hesabatlılıq komitəsinin rəhbəri, respublikaçı Ceyms Komer hazırkı və keçmiş prezidentlər Co Bayden və Donald Trampın məxfi sənədlərinin saxlanması ilə bağlı araşdırmaların ləğvini təklif edib.

Nümayəndələr Palatasının spikeri Kevin Makkarti öz növbəsində bildirib ki, amerikalılar prezident administrasiyasının ikiüzlülüyünə və ədalətsizliyinə görə hakimiyyətə etibar etmirlər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR