Onlayn ictimai-siyasi qəzet
Çində COVID-19-a bənzər yeni virus yayılıb.
Musavat.com xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Bildirilir ki, bir çox xəstə, o cümlədən uşaqlar xəstəxanalara yerləşdirilib.
Telekanalın məlumatına görə, virusun əsas simptomları arasında üşütmə, öskürək, boğaz ağrısı, zəiflik və başgicəllənmə qeyd olunur.
Ölkənin bəzi bölgələrində fövqəladə vəziyyət elan edilib. Lakin bu məlumat hələlik rəsmi olaraq təsdiqlənməyib.
Bununla yanaşı, Çin hakimiyyəti mövsümi tənəffüs yolu xəstəliklərinin artdığını təsdiqləyib. Aparılan araşdırmalara görə, xəstələrdə qrip virusu, insan metapnevmo virusu və rinovirus yayılıb.
@@TVmusavat/105294@@
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ