İnsanlara hürriyət, millətlərə istiqlal!

“Formula-1”də bolid yandı - VİDEO

“Formula-1” üzrə Avstraliya Qran Prisində bolidlərdən biri yarış zamanı alışıb.

Oxu.Az-ın xəbərinə görə, hadisə “Ferrari” pilotu Karlos Saynsın başına gəlib.

O, Verstappen və Leklerin arxasınca inamla podiuma doğru şütüsə də, 57-ci dövrədə ispaniyalının maşını yanıb.

Karlos stüardlar gələnə qədər kabinədə qalıb. Lakin yanğın bütün avtomobili bürüməzdən əvvəl “Ferrari” pilotu təhlükəni atlamağı bacarıb.

Qeyd edək ki, Karlos əvvəlki Qran Prinin qalibi olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR