İnsanlara hürriyət, millətlərə istiqlal!

Fon der Lyayen Aİ – ABŞ münasibətlərində “qeyri-müəyyənliyin artdığını” açıqlayıb

Avropa İttifaqı ABŞ ilə münasibətlərdə potensial çağırışlara hazırdır və “artan qeyri-müəyyənlik şəraitində” konstruktiv dialoq aparmaq istəyir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Litvada keçirdiyi mətbuat konfransında bildirib.

“Köhnə müttəfiqimiz, Amerika Birləşmiş Ştatları, yeni gündəlik müəyyən edib. Avropa artan qeyri-müəyyənlik şəraitində ABŞ ilə möhkəm, lakin konstruktiv dialoqa hazırdır. Biz potensial çağırışları dərk edirik, ancaq buna hazırıq”, – o deyib.

AK sədrinin sözlərinə görə, “Avropa öz qlobal öhdəliklərinə və tərəfdaşlıqlarına sadiq qalır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR