İnsanlara hürriyət, millətlərə istiqlal!

Fon der Leyen Suriyanın bərpası üçün bu yolu təklif edir

Avropa Komissiyasının sədri Ursula fon der Leyen hesab edir ki, suriyalı qaçqınlara dəstək üçün tətbiq olunan donor konfransları mexanizmindən Suriyanın yenidən qurulmasına vəsait toplamaq üçün istifadə etmək olar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə G7 sammitində onlayn çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 13 il ərzində konfranslar vasitəsilə Suriyadan kənarda, eləcə də onun daxilində suriyalılara dəstək üçün 33,3 milyard avro səfərbər olunub. Bu mexanizm indi Suriyadakı bərpa işləri üçün tətbiq oluna bilər.

O, həmçinin ölkədə siyasi keçid dövründə Suriyada yaşayan bütün azlıqların qorunmasının vacibliyini qeyd edib və “qaçqınların təhlükəsiz və ləyaqətlə qayıtması üçün ilkin şərtlərin yaradılmasını” dəstəklədiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR