İnsanlara hürriyət, millətlərə istiqlal!

Floridada 19-cu əsrə aid gəmi qalıqları tapılıb

ABŞ-ın Florida ştatında meydana gələn qasırğalar çimərliklərdən birinə qədim gəminin qalıqlarını gətirib.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Sakinlər ötən ay Florida ştatının Deyton-Biç şəhərinin çimərliyində uzunluğu təxminən 24 metr olan ağac və metaldan hazırlanmış “qəribə obyekt” aşkar ediblər.

Bundan sonra onun mənşəyi ilə bağlı müxtəlif nəzəriyyələr ortaya çıxıb. Bəziləri bunun bir neçə onilliklər əvvəl quraşdırılmış yarış stendinin qalıqları olduğuna güman edirdilər. Digər tərəfdən, bəziləri bunun köhnə körpünün qalıqları olduğunu düşünürdülər.

Amma tədqiqatçıların son araşdırmalarına əsasən, bu qalıqlar 19-cu əsrə aid olan ticarət gəmisinin bir hissəsidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR