Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Flora Kərimova uzun fasilədən sonra səhnəyə çıxıb.
Musavat.com xəbər verir ki, müğənni rejissor Nail Naiboğlunun "Klip kimi ömür" adlı gecəsində çıxış edib.
Flora Kərimova köməkçisinin yardımı ilə səhnəyə çıxıb. O, xəstə olduğunu, səhnəyə xəstə halda gəldiyini bildirib.
F. Kərimova “Tapar məni” mahnısını ifa edib. Xalq artistinin ifası zamanı Nail Naiboğlu səhnəyə çıxaraq onunla rəqs edib.
Qeyd edək ki, Heydər Əliyev Sarayında keçirilən tədbirdə bir çox sənət adamı iştirak edir.
Könül
Musavat.com
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ