İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fito” ləqəbli cinayətkar belə ələ keçdi - ANBAAN VİDEO

Ekvador polisi və hərbçiləri ölkə tarixinin ən çox axtarılan cinayətkarlarından biri olan “Fito” ləqəbli Adolfo Macias Salazarı 17 aylıq axtarışdan sonra ələ keçirib.

Musavat.com xəbər verir ki, “Los Choneros” adlı təhlükəli cinayətkar dəstənin lideri olan Fito paytaxt Kitodan təxminən 400 kilometr aralıda, Manta liman şəhərində gizləndiyi yerdə yaxalanıb.

Təhlükəsizlik qüvvələrinin birgə keçirdiyi əməliyyat 10 saat davam edib və əməliyyat zamanı heç bir itki qeydə alınmayıb.

Ekvador'da çete lideri Fito yakalandı

Ekvador prezidenti Daniel Noboa sosial media hesabından açıqlama verib.

 “Polis və əsgərlərimizə təşəkkür edirəm. Daha çox cinayətkar ələ keçiriləcək. Ölkəmizi geri alacağıq, mübarizə davam edəcək”,- deyə prezident bildirib.

Yerli mediada yayılan məlumata görə, Fito ABŞ-də də bir sıra cinayətlərə görə axtarışda idi. Onun yaxın günlərdə bu ölkəyə ekstradisiya ediləcəyi gözlənilir.

Ekvador'da çete lideri Fito yakalandı

Qeyd edək ki, qətl, narkotik ticarəti, qanunsuz silah saxlamaq və cinayətkar qruplaşma qurmaq kimi ittihamlarla 34 il həbs cəzasına məhkum edilən Fito cəzasının 12-ci ilində, 2024-cü ilin 7 yanvarında Quayaquil Regional Həbsxanasında baş verən iğtişaş zamanı qaçmışdı.

Onun qaçışından sonra Ekvadorda çoxsaylı həbsxana iğtişaşları və zorakılıqlar baş verdi. Polis maşınlarına bombalı hücumlar təşkil olundu və onlarla insan həyatını itirdi. Nəticədə hökumət ölkədə 60 günlük fövqəladə vəziyyət elan etdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR