İnsanlara hürriyət, millətlərə istiqlal!

"Fitch" qlobal iqtisadi artıma dair proqnozunu dəyişdi - SƏBƏB

"Fitch" beynəlxalq reytinq agentliyi 2024-cü ildə qlobal iqtisadi artım proqnozunu mart ayında gözlənilən 2,4 faizdən 2,6 faizə yüksəldib.

Musavat.com agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, proqnozun yaxşılaşması Avropa iqtisadiyyatının bərpası perspektivlərinə inamın artması, Çinin ixrac sektorunun canlanması, eləcə də yenilənmiş Qlobal İqtisadi Baxışa (Global Economic Outlook) uyğun olaraq inkişaf etməkdə olan bazarlarda daxili tələbin artım tempinin sürətlənməsi ilə bağlıdır.

"Fitch" qeyd edir ki, ABŞ-da iqtisadi artım yavaşıyır, lakin bu proses zəif gedir. Agentlik ABŞ-da bu il ÜDM artımı ilə bağlı proqnozunu dəyişməyərək 2,1 faiz səviyyəsində saxlayıb.

Avrozona iqtisadiyyatının artım proqnozu 0,6 faizdən 0,8 faizə, Çin – 4,5 faizdən 4,8 faizə, inkişaf etməkdə olan bazarlar (Çin istisna olmaqla) – 3,2 faizdən 3,7 faizə qaldırılıb:

"Qlobal monetar yumşalma istiqamətində gözlənilən dönüş formalaşmağa başlayıb. Bu yaxınlarda Avropa Mərkəzi Bankı faiz dərəcələrini azaldıb, Federal Ehtiyatlar Sistemi və İngiltərə Bankının isə üçüncü rübdə bunu edəcəyi gözlənilir. Bununla belə, inflyasiya təəccüblü dərəcədə davamlı olaraq qalır və biz hesab edirik ki, növbəti 12-18 ay ərzində faiz dərəcələrinin azaldılması əvvəllər gözlənildiyindən daha yavaş olacaq".

"Fitch" 2025-ci ildə qlobal iqtisadi artımın 2,4 faizə qədər yavaşlayacağını, həm ABŞ, həm də Avrozonada artımın 1,5 faiz olacağını proqnozlaşdırır. Agentliyin proqnozlarına görə, Çinin ÜDM-in artım tempi gələn il 4,5 faizə qədər azalacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR