İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiyanın NATO-ya daxil olmasıni dəstəkləyən vətəndaşların sayı artıb

Finlandiya əhalisi arasında ölkənin NATO-ya daxil olması tərəfdarlarının sayı artaraq 65 faizə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Kantar TNS” tədqiqatlar qrupunun “Helsingin Sanomat” qəzetinin sifarişi ilə keçirdiyi sorğunun nəticələrində əksini tapıb.

Aprelin 22-27-də “Gallup Forum” internet panelində aparılan sosioloji rəy sorğusunda 18 yaşdan 79 yaşa qədər 1062 Finlandiya vətəndaşı iştirak edib. Respondentlərin 13 faizi ölkənin alyansa qoşulmasının əleyhinə çıxıb, 22 faizi isə bu suala cavab verməyə çətinlik çəkdiyini bildirib. Sorğuda iştirak edən kişilərin 70 faizi, qadınların isə 59 faizi Finlandiyanın NATO-ya qoşulması ideyasını dəstəkləyib.

Aprel ayının əvvəlində keçirilən əvvəlki sorğuda vətəndaşların 59 faizi Finlandiyanın NATO üzvlüyünü dəstəklədiyi halda, 17 faizi bunun əleyhinə çıxmışdı.

Finlandiyanın NATO-ya üzv olması məsələsi hazırda ölkə parlamentində müzakirə olunur. Bu barədə müvafiq qərarın may ayında veriləcəyi gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR