İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiyanın baş nazirindən NATO və Türkiyə ilə bağlı YENİ AÇIQLAMA

Finlandiyanın baş naziri Sanna Marin bəyan edib ki, Türkiyə və Macarıstanın ölkələrinin NATO-ya üzvlüyünü nə vaxt ratifikasiya edəcəklərini proqnozlaşdırmaq mümkün deyil.

Musavat.com xəbər verir ki, baş nazir Marin iştirak etdiyi bir proqramda ölkəsinin NATO-ya üzvlük prosesi ilə bağlı açıqlamalar verib.

Türkiyə və Macarıstanın ölkələrinin NATO üzvlüyünü nə vaxt təsdiqləyəcəklərini təxmin etmək mümkün olmadığını deyən Marin, "Təbii ki, bu mövzuda işlərin sürətlə irəliləyəcəyini ümid edirik", - deyə bildirib.

Sanna Marin NATO bazalarının və nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsi variantları barədə də açıqlamalar verib.

“Söhbət daimi bazalardan və ya nüvə silahlarından gedirsə, məncə, bu cür ilkin şərtlər qoymamağımız və ya manevr imkanlarımızı məhdudlaşdırmamağımız çox vacibdir”, - deyə Sanna Marin bildirib.

Marin sonda əlavə edib ki, o, nüvə silahlarının Finlandiya torpaqlarında yerləşdirilməsinin mümükünsüz olduğuna inanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR