İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiyada dünyanın ilk “qum batareyası” quraşdırılıb

Finlandiyalı tədqiqatçılar Kankaanpyaa şəhərində “yaşıl” enerjini aylarla saxlaya biləcək ilk işlək “qum batareyası” quraşdırıblar.

AZƏRTAC BBC teleradio kompaniyasına istinadla xəbər verir ki, “qum batareyasının” əsas elementini boz rəngli hündür çənə tökülən təxminən 100 ton ağırlığında inşaat qumu təşkil edir. Aşağı keyfiyyətli qumdan istifadə edilən cihaz günəşdən və küləkdən alınan ucuz elektrik enerjisi ilə əldə olunmuş istiliklə doldurulur.

Tədqiqatçıların sözlərinə görə, qum bir neçə ay ərzində təxminən 500 dərəcə selsiyə qədər istilik saxlaya bilir. Elektrik enerjisinin baha olduğu qış aylarında həmin istiliklə evləri qızdırmaq mümkün olacaq. Mütəxəssislər “qum batareyasının” bütün il boyu elektrik enerjisi ilə bağlı təminat problemini həll edəcəyinə əmindirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR