İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiya və İsveç NATO-ya qəbul olunarsa, Rusiya tədbir görəcək

Finlandiya və İsveçin NATO-ya qoşulması halında, Rusiya şimal istiqamətində qoşun yığmaqla hərəkətə keçəcək.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin hərbi rəhbərlər üçün nəşr etdiyi “Hərbi düşüncə” jurnalı yazıb.

“Bizim tərəfimizdən bunun üçün şimal istiqamətində quru və sahil qoşunlarının, raket və artilleriya qüvvələrinin, hava hücumundan müdafiə və aviasiya qüvvələrinin, o cümlədən pilotsuz qüvvələrin tərkibinin yaradılması, habelə uzaq mənzilli dəqiq silahlarla Finlandiya və İsveçdəki hədəflərə zərbələrin planlaşdırılması tələb olunacaq. ”, - məqalədə deyilir.

Bu günə qədər Finlandiya və İsveçin NATO-ya qəbulu Rusiyaya ünvanlanan ən aktual çağırış kimi qəbul edilməlidir, çünki NATO ilə sərhəd min kilometrdən çox artacaq və alyansın birləşmiş silahlı qüvvələri və hərbi texnikası burada yerləşdirilə bilər.

Bundan əlavə, müəlliflər vurğulayırlar ki, əməliyyat-taktiki raket sistemlərinin Finlandiyada potensial yerləşdirilməsi Arxangelsk vilayətindəki hərbi-sənaye kompleksi obyektlərinə zərbələr endirmək təhlükəsi ilə nəticələnəcək.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirmişdi ki, Finlandiya və İsveçin NATO-ya daxil olması alyans üçün risklər yaradacaq. O, həmçinin qeyd edib ki, onların alyansa daxil olması ümumavropa təhlükəsizlik sisteminə “daha ​​bir zərbə” olacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR