İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiya Rusiya ilə sərhəddə hasar çəkəcək- XİN-dən açıqlama

Finlandiya Rusiya ilə sərhəddə hasar çəkməyi planlaşdırır.

Azpost.info xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto “El Mundo” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda sərhəddə hərbi təhlükə yoxdur. Bu da Rusiya ordusunun böyük hissəsinin Ukraynada cəmlənməsi ilə bağlıdır.

“Lakin başqa təhdidlər var. Məsələn, Belarusun Polşaya qarşı etdikləri (ötən ilin dekabrında Polşa ölkənin sərhədlərinə qaçqın axınına görə Belarusu günahlandırmışdı:red.) Bu şərtlər altında, sərhəd hasarının inşası ərazinin qorunmasına kömək etdi”, – Haavisto deyib.

O əlavə edib ki, Finlandiya rusiyalı turistlər üçün sərhədləri bağlayıb, çünki onlar ölkənin xarici siyasətinə təhlükə yarada bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR