İnsanlara hürriyət, millətlərə istiqlal!

Filippinin yeni prezidenti Ferdinand Markosun andiçmə mərasimi keçirilib

İyunun 30-da Manilada Filippinin yeni prezidenti Ferdinand Markosun andiçmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Filippinin 36 il əvvəl hakimiyyətdən kənarlaşdırılan sabiq prezidentinin oğlu olan 64 yaşlı kiçik Ferdinand Markos Milli Muzeyin binasında ölkənin 17-ci Prezidenti kimi and içib.

Filippinin yeni dövlət başçısının qarşısında həlli çətin olan problemlər durur. Bu problemlərə ilk növbədə xammalın qiymətinin artması, milli valyutanın dəyərini itirməsi, Cənub Çin dənizində Çin ilə ərazi mübahisəsi daxildir.

Ölkədə artmaqda olan ərzaq çatışmazlığını aradan qaldırmaq üçün. F.Markos özünü həm də ölkənin kənd təsərrüfatı naziri təyin edib. O, həmçinin Cənub Çin dənizində davam edən mübahisədə Manilanın mövqeyini qoruyacağını vəd edib

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR