İnsanlara hürriyət, millətlərə istiqlal!

Filippinin Abra əyalətində 7,3 bal gücündə zəlzələ baş verib

İyulun 27-də yerli vaxtla səhər saat 8:43 dəqiqədə Filippinin Luson adasında yerləşən Abra əyalətində 7,3 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb. Yeraltı təkanların Laqanqilaq bələdiyyəsindən 2 kilometr şimal-şərqdə, ocağının 25 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Mütəxəssislər ərazidə növbəti təkanların gözlənildiyini və dağıntılar ola biləcəyini istisna etmirlər. Hələlik dağıntılar və zərərçəkənlər barədə heç bir məlumat yoxdur.

Yeraltı təkanlar paytaxt Manilada da həyəcan yaradıb. Zəlzələ səbəbindən şəhər metrosunun hərəkətinin dayandırıldığı bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR