İnsanlara hürriyət, millətlərə istiqlal!

Filippində yenidən güclü zəlzələ baş verib

Filippin sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 6,3 min nəfər əhalisi olan Taqo şəhərindən 44 km şərqdə, ocağı isə 31 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Qeyd edək ki, dekabrın 3-də Filippində 7,4 bal gücündə zəlzələ baş verib. Bundan sonra ölkənin cənub-şərqində, eləcə də Yaponiyada sunami təhlükəsi elan edilib. Bundan əlavə, seysmoloqlar maqnitudası 3,0-5,6 arasında dəyişən ən azı 14 yeraltı təkan qeydə alıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR