Onlayn ictimai-siyasi qəzet
"Fikirlərim təhrif olunub, yanlış formada verilib. Artıq bu cür müsahibələrin verilməsinə bu gündən son qoyuram".
Bu barədə Musavat.com-a açıqlamasında psixoloq Ülviyyə Murtuzova bildirib.
O qeyd edib ki, müəyyən media qurumları qazanc üçün publikada çəki artırmaq istəyirlər və buna görə belə başlıqlarla çirkin oyunlara girirlər:
"Cümlədə məntiqi ardıcıllığın olmaması, fikir axarlığının olmaması onu göstərir ki, bu, mənim fikrim ola bilməz. Mən bu qədər bəsit cümlələr işlədə bilmərəm. Ona görə də bundan sonra bu cür media qurumlarına müsahibə verməyi yekunlaşdırıram. Artıq bu cür müsahibələrin verilməsinə bu gündən nöqtə qoyuram. Reklamlarını başqa insanlar üzərindən qursunlar".
Qeyd edək ki, psixoloqun adından bəzi saytlarda "Qızların evlənməməsi əxlaqsızlığın vüsət almasına görədir" kimi başlıqlı yazı dərc olunub. Bu da sosial mediada müzakirələrə səbəb olub və bu fikrinə görə psixoloqu qınayıblar.
Afaq Mirayiq,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ