İnsanlara hürriyət, millətlərə istiqlal!

FİFA Rusiyaya qadağını uzadıb

Beynəlxalq Futbol Federasiyası (FİFA) əcnəbi məşqçi və futbolçulara Rusiya klubları ilə 2023-cü il iyunun 30-dək müqaviləni dayandırmağa icazə verib.

AzVision.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb. Analoji icazə Ukrayna komandalarında çıxış edən əcnəbi futbolçu və məşqçilərə də verilib. FİFA-nın qərarına əsasən, Ukrayna Futbol Assosiasiyasının (UAF) və ya Rusiya Futbol İttifaqının (RFU) üzvü olan klublar 2022-ci il iyunun 30-dək öz əcnəbi futbolçuları və məşqçiləri ilə qarşılıqlı razılıq əldə etmədikdə və yazılı razılıqla bağlı başqa hal nəzərdə tutulmadıqca, bu oyunçular və məşqçilər 30 iyun 2023-cü ilə qədər klubları ilə əmək müqavilələrini dayandırmaq hüququna malik olacaqlar.

Qeyd edək ki, martın 7-də FİFA Rusiya klublarının əcnəbi futbolçu və məşqçilərinə 2022-ci il iyunun 30-dək müqavilələri dayandırmağa icazə verib. Bu qərardan daha çox "Krasnodar", "Rostov" və "Kazan Rubin" klubları əziyyət çəkib. Belə ki, ümumilikdə 21 əcnəbi futbolçu ilə müqaviləni pozub və ya dayandırıb. “Krasnodar” və Moskva “Lokomotiv”i müvafiq olaraq almanların baş məşqçiləri Daniel Farke və Markus Qizdoldan ayrılıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR