İnsanlara hürriyət, millətlərə istiqlal!

FİFA-dan QƏRAR: Tural Bayramlıya təzminat ödəniləcək

FİFA azərbaycanlı futbolçu Tural Bayramlının Yunanıstanın "Pierikos" klubuna qarşı qaldırdığı iddia ilə bağlı qərarı açıqlayıb.

Musavat.com Qol.az-a istinadən xəbər verir ki, iddia böyük ölçüdə təmin edilib. Bu barədə oyunçunun hüquqşünası Ramil Cahangirov məlumat yayıb.

Onun sözlərinə görə, klub həm əmək haqqı borcu, həm də müqavilənin əsassız xitam verilməsi ilə bağlı təzminat üzrə öhdəliklərini yerinə yetirməlidir.

Qeyd edək ki, T.Bayramlı bu ilin yanvarından "Səbail"də oynayır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR