Onlayn ictimai-siyasi qəzet
Fövqəladə Hallar Nazirliyinin qüvvələri Xırdalandakı iaşə obyektində baş verən yanğının yaxınlıqdakı obyektlərə yayılmasının qarşısını alıb.
Bu barədə Musavat.com-a FHN-dən bildirilib.
“Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin çevik və koordinasiyalı fəaliyyəti sayəsində yanğının yaxınlıqdakı obyektlərə yayılmasının qarşısı alınıb”, – məlumatda qeyd olunub.
Bildirilib ki, hazırda yanan obyektin bütün perimetri boyu qüvvələr tərəfindən yanğına fəal müdaxilələr edilir.
Musavat.com
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ